Ravvin: İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik
Bakı, 5 noyabr, AZƏRTAC
Bəşəriyyət nadir bir missiya ilə üz-üzədir. Biz planetimizin qayğısına qalmalıyıq. Bizim rolumuz sadəcə yaşamaq deyil, həmçinin yaşatmaqdır. Bu, cavabdehlik hissidir.
AZƏRTAC xəbər verir ki, bu sözlər noyabrın 5-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Avropa Ravvinləri Konfransının Daimi Komitəsinin üzvü, Baş ravvin İzhak Dayan deyib.
“Biz planetimizi, təbii sərvətlərimizi məhv etməməliyik. Kifayət qədər düşünüb-daşınmasaq planetimizi gələcək nəsillərə təhlükəsiz şəkildə çatdıra bilməyəcəyik. Biz iqlim dəyişikliyinə ortaq bir məsuliyyət kimi baxmalıyıq. Bunun həllində həmrəylik göstərməliyik”, - deyə İzhak Dayan vurğulayıb.
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcək
“The Jerusalem Post”: Ermənilər konstitusiyalarına yenidən baxmalıdırlar
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb
Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur ŞƏRH