Elşad Əsgərov: Təbiətimizə qaytarılan zubrlar landşaft mühəndisləri rolunu oynayır
Bakı, 5 noyabr, AZƏRTAC
“Ekosistemin dayanıqlığından ötrü növlərin çox və rəngarəng olması böyük əhəmiyyət kəsb edir. Həmçinin növlər nə qədər çox olarsa, onlar o qədər də ekosistemə dayanıqlı olurlar. İqlim dəyişməsi nəticəsində müəyyən növlər zərər görüb sıradan çıxsa da, bir neçəsi rezistent olub həmin ərazidə yaşaya və beləliklə ekosistemin dayanıqlığını təmin edə bilir”.
AZƏRTAC xəbər verir ki, bunu WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov COP29-la bağlı keçirilən mətbuat konfransında deyib.
“Yüz illərlə yoxa çıxmış canavarları ABŞ-dakı Yelloustoun Milli Parkına qaytarmaqla ərazidəki ekosistem bərpa olundu, çayların məcrası dəyişərək əvvəlki vəziyyətinə qayıtdı. Onlarla digər heyvan və quşlar əraziyə gəldilər. Biz də bu cür növləri qaytarmaqla ekosistemi bərpa edir və ekosistemin əvvəlki vəziyyətinə qayıtmasına dəstək veririk. Azərbaycanda da yenidən təbiətimizə qaytarılan zubrlar landşaft mühəndisi rolunu oynayır”, - deyə o əlavə edib.
COP29 Sədrliyi Panamada İqlim Həftəsində ölkəmizi təmsil edir
Ölkə ərazisində küləkli hava şəraiti mayın 22-dək davam edəcək
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb