×
A
A
A
Sazlamalar

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb

Bakı, 5 noyabr, AZƏRTAC

Bu il bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1116,5 milyon dollar təşkil edib ki, bu da ötən il ilə müqayisədə 0,23 faiz azalma deməkdir.
AZƏRTAC bp-nin cari ilin üçüncü rübünün yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bp yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 476,9 milyon dollar xərcləyib.
Şirkət həmin dövrdə 86 şirkət üzrə xarici podratçıların ölkə daxilində məsrəflərinə 266 milyon dollar xərcləyib. Həmçinin hesabat dövrü ərzində bp-nin 241 kiçik və orta müəssisə üzrə xərcləri 338,6 milyon dollar, 28 dövlət şirkəti üzrə xərcləri isə 35 milyon dollar təşkil edib.

 

İqtisadiyyat 2024-11-05 12:45:00