Ermənistanda yeni ədliyyə naziri təyin edilib
Bakı, 5 noyabr, AZƏRTAC
Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş prokurorun sabiq müavini Srbui Qalyanın yeni ədliyyə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə prezident aparatının mətbuat xidməti məlumat yayıb. Təyinat baş nazirin təklifi əsasında həyata keçirilib. Sabiq ədliyyə naziri Qriqor Minasyan istefa ərizəsini oktyabrın 1-də təqdim etmişdi. Hakim “Vətəndaş müqaviləsi” partiyası bir aydan çox çəkən axtarışlardan sonra xanım Qalyanın namizədliyi üzərində dayanıb.
Ermənistan mediasında yayılan məlumata görə, Minasyanın istefası üçün imza toplanması kampaniyası baş nazir Nikol Paşinyanın partiyasının parlamentdəki fraksiyasının bir neçə deputatı tərəfindən təşkil olunub. Onlar konkret səbəb göstərməyiblər. Lakin ekspertlərin fikrincə, bu demarş Qriqor Minasyanın respublikanın eks-prezidenti, müxalifət liderlərindən biri Serj Sarkisyanın ailəsi ilə qohumluq əlaqələri ilə bağlıdır.
Çin “Tuencou-9” yük gəmisini orbitə göndərib
Süni intellekt qədim “Babil himni”nin itmiş mətnini üzə çıxarıb
Yeni yanaşma günəş batareyalarının səmərəliyini artırır - TƏDQİQAT
Xərçəngin immunoterapiyasının təsirini gücləndirən bağırsaq mikrobları aşkarlanıb
Araşdırma: Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir