Bu ilin 9 ayında Gürcüstan Azərbaycandan 160 milyon dollarlıq qaz idxal edib
Tbilisi, 5 noyabr, AZƏRTAC
Gürcüstan cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 160,2 milyon dollar dəyərində təbii qaz idxal edib.
AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinə (Sakstat) xəbər verir ki, ötən il bu rəqəm 313,5 milyon dollar təşkil edib.
Məlumata görə, bu ilin doqquz ayında Gürcüstanın Rusiyadan təbii qaz idxalının həcmi artaraq 90,1 milyon dollar olub. Qeyd olunan dövrdə Gürcüstanın Rusiyadan idxal etdiyi təbii qazın ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Bu, 2009-cu ildən bəri bütün statistika dövrü üçün maksimum göstəricidir.
2023-cü ilin sonunda Gürcüstan Rusiyadan 110,3 milyon dollar dəyərində təbii qaz alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
® “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spiker və moderatorları ilə görüş keçirilib
Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonuna qədər sabit qalacaq
“Bakı Taksi Xidməti”nin nəqliyyat vasitələrində POS-terminallar quraşdırılıb
Bakıda Türk Ticarət Mərkəzi açılıb VİDEO
“Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib