×
A
A
A
Sazlamalar

Videoqraflar Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər VİDEO

Bakı, 5 noyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə videoqrafların Ağdərə rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərini təşkil edib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, infotur iştirakçıları səfər çərçivəsində Ağdərə rayonunun Talış kəndini və Suqovuşan qəsəbəsini ziyarət edib, burada yaradılan şəraitlə tanış olub, sakinlərlə söhbət ediblər.
Videoqraflara Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda qayıdışa hazırlığı ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.
Səyahət etdikləri ərazilərdə təbiət mənzərələrini, doğma yurdlarında məskunlaşan sakinlərin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparan videoqraflar səfərlərinin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturlar təşkil edir.

Regionlar 2024-11-05 12:27:00

Video