Şəhid övladları üçün aqrotur təşkil olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aqroturda Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatının sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib.
Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa, uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib.
Sonda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Gəncə teatrının direktoru: Festivallar təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır
Qaxda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
IV Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb
Baş konsul: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb