Güclü qar Gürcüstanın magistral avtomobil yollarında ciddi problemlər yaradıb
Tbilisi, 5 noyabr, AZƏRTAC
Yağan güclü qar Gürcüstanın bir sıra magistral avtomobil yollarında ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli “Yuxarı Lars” avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin, həmçinin Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun Andesite-Qado hissəsində isə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qarla əlaqədar olaraq avtomobil yolunun Zuqdidi-Cvari-Mestia-Lasdil, Uşquli-Lasdil və Mestia-Uşquli hissələrində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Eyni zamanda, qar nəticəsində Kutaisi-Tkibuli-Ambrolauri avtomobil yolunun bəzi hissələrində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qəhvə ürək sağlamlığına necə təsir edir? - Araşdırma
Moldovada enerji sektorunda fövqəladə vəziyyət elan edilib
Ətirli şamlar sağlamlığa zərərlidirmi?
Nazir: Almaniya Ukraynada atəşkəsdən sonra sülhməramlı qüvvələr göndərə bilər
Fransada dövlət qulluğu işçiləri həyat şəraitinin pisləşməsi ilə bağlı nümayiş keçiriblər