İlon Mask: ABŞ iflasın qarşısını almaq üçün xərcləri azaltmalıdr
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ iflasa doğru gedir, ona görə də hökumət dövlət xərclərini azaltmalıdır.
AZƏRTAC xəbər verir ki, amerikalı sahibkar İlon Mask bunu televiziya aparıcısı Co Roqana müsahibəsində deyib.
“Amerika iflas yolundadır. Biz dövlət xərclərini azaltmalıyıq, əks halda iflasa uğrayacağıq”, - deyə sahibkar bildirib. Onun sözlərinə görə, ABŞ-ın hərbi büdcəsi ildə təqribən 1 trilyon dollar təşkil edir. Hazırda Birləşmiş Ştatların dövlət borcu üzrə faiz ödənişləri Pentaqonun büdcəsini üstələyir və bu, hər ay daha da artır.
İyul ayında ABŞ Maliyyə Nazirliyi dövlət borcunun tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçdiyini açıqlayıb. Konqresin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə dövlət borcu 50 trilyon dolları ötəcək ki, bu da ümumi daxili məhsulun 122 faizdən çoxunu təşkil edəcək. Eyni zamanda, 2029-2034-cü illərdə Birləşmiş Ştatlarda ÜDM-in orta illik artımı 1,8 faiz olacaq.
BMT: Köçkünlük milli-mədəni identikliyin pozulmasına səbəb olur
Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır - TƏDQİQAT
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF
Cənubi Koreya Prezidenti fövqəladə hərbi vəziyyətə görə xalqdan üzr istəyib
Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb