Milli Basketbol Assosiasiyasında ikinci dəfə tarixi geridönüş qeydə alınıb
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) “Los-Anceles Klippers” və “San-Antonio Spörs” komandaları arasında keçirilmiş oyunda ikinci dəfə tarixi hadisə reallaşıb
AZƏRTAC OPTA-ya istinadən xəbər verir ki, ilk dövrədə rəqibindən 26 xal geridə olan Los-Anceles təmsilçisi geri dönüş edərək yekunda 113:104 hesablı qələbəyə sevinib. Bu, NBA tarixində birinci dövrədən sonra 26 və ya daha çox xal fərqi ilə uduzan komandanın matçı öz xeyrinə dəyişməsi ilə nəticələnən ikinci hadisə olub.
Sonuncu dəfə bu hal 1967-ci il yanvarın 8-də “Nyu-York Niks” – “Los-Anceles Leykers” komandaları arasında matçda baş verib.
Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib
Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub
“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir
Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq
Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib