Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan yeni təyinat alıb
Bakı, 5 noyabr, AZƏRTAC
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Gənclər Liqasının əsas mərhələsində Niderlandda PSV və İspaniya “Jirona”sı arasında keçiriləcək IV tur oyununun UEFA nümayəndəsi olacaq.
Bu gün Eyndhoven şəhərində yerləşən PSV stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə
Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub
Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO