Akademik Musiqili Teatr ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 6-dan 11-dək Qazaxıstanın Şimkənd şəhərində Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ölkəmizi gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, tamaşanın yeganə qəhrəmanı Killer-Cəlil obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
Şəfəq Məmmədova: Artıq qlobal səviyyəyə çıxan blogerlərimiz var
Milli teatr sənətimizin yorulmaz əsgəri
“Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq