Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək
Tbilisi, 3 noyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi çox yaxşı haldır. Aİ-nın yüksək səviyyəli nümayəndə heyəti COP29 tədbirində iştirak edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski söyləyib. Onun sözlərinə görə, Avropa İttifaqı bütün planet üçün vacib olan məsələlərin həllinə kömək göstərməyə çalışacaq.
Səfir belə bir mötəbər tədbirə - COP29-a ev sahibliyi etdiyi üçün rəsmi Bakıya təşəkkür edib və uğurlar arzulayıb.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər
Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib
Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib