Serbiyada dəmiryolu stansiyasındakı qəzada ölənlərin sayı artıb
Belqrad, 2 noyabr, AZƏRTAC
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı yaralanan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Serbiyanın Baş naziri Miloş Vuçeviç binanın 1964-cü ildə inşa edildiyini, hadisənin başvermə səbəblərinin araşdırıldığını və səhlənkarlıq edənlərin cavab verməli olduğunu qeyd edib. Həmçinin dağıntılar altından iki nəfərin xilas edildiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi və hadisə yerində 80 nəfərin çalışdığı bildirilib.
Qeyd edək ki, noyabrın 2-si Serbiyada milli matəm günü elan olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Türkiyədə meşə yanğını olub, bir məhəllə boşaldılıb
İran Almaniya vətəndaşının ötən il həbs olunmasını ilk dəfə rəsmi şəkildə təsdiqləyib
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər
Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır