Qədir Xəlilov: Əsas məqsədimiz 44 gündə yazılan qəhrəmanlıq dastanını daim gənclərin yaddaşında canlandırmaqdır
Bakı, 2 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Dəmir yumruq” əməliyyatından sonra Gənclər Fondu həmin tarixi hadisəni daim gənclərə çatdırmaq missiyasını yerinə yetirir. O şanlı günlərdən dörd il keçməsinə baxmayaraq, hər il müxtəlif tədbirlərlə biz gənclərə həmin salnaməni çatdırırıq.
AZƏRTAC xəbər verir ki, bunu Gənclər Fondunun icra direktoru vəzifələrini icra edən Qədir Xəlilov jurnalistlərə müsahibəsində deyib.
“Gənclər Fondu il ərzində həm regionda həm də paytaxtda gəncləri şəhidlərin ailə üzvləri, qazilərlə görüşdürür. Əsas məqsədimiz 44 gündə yazılan qəhrəmanlıq dastanını daim gənclərin yaddaşında canlandırmaq və gələcək nəsillərə ötürməkdir”, - deyə Q.Xəlilov bildirib.
Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü, fotojurnalist Vüqar İbadov isə “Zəfərin səsi” musiqili bədii proqramında 30 foto ilə iştirak etdiyini deyib: “Şəkillərin çoxu Azərbaycanın Ordu quruculuğuna həsr olunub. Yəni fotoşəkillər vasitəsilə Azərbaycan Ordusunun inkişafını göstərməyə çalışmışam. Məqsədim Azərbaycan Ordusunun qüdrətini, hərbi qulluqçularımızın məğrur duruşunu çatdırmaq və gənclərin ordumuza olan sevgisini artırmaqdır”.
Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb
Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan konfransın iştirakçıları ilə görüşlər keçirilib
İordaniyalı professor xalqımızın üzləşdiyi deportasiyalar barədə məlumatlandırılıb
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib YENİLƏNİB 3 VİDEO
Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib VİDEO