Azərbaycanın U-21 millisi İngiltərəyə uduzub
Bakı, 16 oktyabr, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma İngiltərə komandası ilə üz-üzə gəlib.
Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Azərbaycan seçməsi 3 xalla qrupu 6-cı pillədə başa vurub. İngiltərə yığması isə 25 xalla qrup birincisi olub.
Olimpiya çempionunun medalı əlindən alına bilər
“Mançester Siti”nin əsas hücumçusu məşq zamanı zədələnib
Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakim təyinatları açıqlanıb
Azərbaycanın veteran cüdoçusu 12 qat dünya çempionu olub
Milli Basketbol Assosiasiyasında ikinci dəfə tarixi geridönüş qeydə alınıb