Füzulidə keçiriləcək beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi yerli sakinlərlə görüş olub
Mingəçevir, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə ilk dəfə Füzulidə keçiriləcək beynəlxalq “Mingəçevir Reqatası-2024” öncəsi şəhərdə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və “Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirib. Federasiya daha bir ilkə imza ataraq “Mingəçevir Reqatası-2024”ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək. Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.
Tədbir zamanı “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb. Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq
Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu
Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3