Romada Ümumdünya Ərzaq Forumu keçirilir
Rabat, 15 oktyabr, Çüayib Brhadda, AZƏRTAC
İtaliyanın paytaxtı Romada Ümumdünya Ərzaq Forumu təşkil olunub. “Hər kəs üçün bu gün və sabah qida” devizi altında keçirilən forum ərzaq təhlükəsizliyi sahəsindəki innovasiyalar, elmi tədqiqatlar və investisiyalar məsələlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu forum müxtəlif dövlətlərin rəhbərlərini və digər yüksəkvəzifəli rəsmiləri bir araya gətirir. Mərakeşin BMT-dəki daimi nümayəndəsi Yusif Bella, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru xanım Nqozi Okonyo-İveala da forumda iştirak ediblər.
Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib
Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq
Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA
Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək
İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb