×
A
A
A
Sazlamalar

Neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər çalışıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3745,5 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,7 manat, özəl müəssisələrdə isə 1042,8 manat olub.

İqtisadiyyat 2024-10-15 19:37:00