×
A
A
A
Sazlamalar

Bakı metrosunda qatarların hərəkəti 11 dəqiqə ləngiyib

Bakı, 15 oktyabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-Dərnəgül” stansiyaları marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında olan zaman bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, metronun normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb.
“Lakin stansiyada sərnişin sıxlığı səbəbi ilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var”, - deyə QSC-nin yaydığı məlumatda bildirilir.

 

Cəmiyyət 2024-10-15 17:57:00