×
A
A
A
Sazlamalar

“Astana City Marathon”da iki mindən çox insan iştirak edib

Astana, 15 oktyabr, AZƏRTAC
Qazaxıstan paytaxtında genişmiqyaslı “Astana City Marathon” keçirilib.
AZƏRTAC xəbər verir ki, marafonun təşkilatçıları və tərəfdaşları paytaxt administrasiyası, Turizm və İdman Nazirliyi və Atletika Federasiyası olub.
İştirakçılar bir neçə məsafədə yarışıblar: 42,195 kilometr - fərdi yarış; 42,195 kilometr - komanda estafeti; 10 kilometr - fərdi məsafə; 10 kilometr - Nordic gəzinti.
Marşrut xüsusi olaraq Astananın ən mənzərəli yerlərindən, əlamətdar hadisələrlə bağlı küçə və ərazilərdən keçməklə tərtib edilib. Ümumilikdə, yarışlarda 2300 nəfər iştirak edib ki, onların arasında təkcə Astana sakinləri deyil, Qırğızıstan, Çin, Keniya və Rusiya daxil olmaqla 18 ölkədən qonaqlar da olub.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya 2024-10-15 17:00:00