×
A
A
A
Sazlamalar

Türkiyənin maliyyə naziri: Hökumətin prioriteti yaşıl transformasiya və yüksək texnologiyalardır

Ankara, 15 oktyabr, AZƏRTAC

Türkiyə hökuməti üçün prioritet yaşıl transformasiya və yüksək texnoloji məhsulların istehsalına diqqəti cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek yerli telekanallardan birinin efirində bildirib.
Şimşek hökumətin yerli və xarici kreditlərin cəlb edilməsi hesabına 284 növ yerli məhsulun hazırlanması və istehsalını stimullaşdıracaq siyahını müəyyənləşdirdiyini elan edib.
Maliyyə naziri bildirib ki, artıq 2030-cu ilə qədər olan dövrdə 30 növdə məhsul istehsalının dəstəklənməsinə 30 milyard dollar vəsait ayrılacaq. “Bütün bunlar Türkiyənin ticarət kəsirinin uzunmüddətli azalmasına töhfə verəcək. Bu layihələr sayəsində ölkənin onsuz da müsbət olan ticarət saldosunu müzakirə edəcəyik”, - deyə nazir əmin edib.
Şimşek ölkədə inflyasiya nisbətlərinin azalmasına diqqət çəkərək, qiymət sabitliyinə doğru tendensiyanın davam edəcəyini bildirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-10-15 16:58:00