×
A
A
A
Sazlamalar

Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb

Bakı, 15 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.
Azad agent statusuna malik 33 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, paraqvaylı futbolçu peşəkar karyerası ərzində İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanın “İnter” (hazırkı “Şamaxı”), “Neftçi” və “Zirə” klublarının formasını geyinib.

İdman 2024-10-15 16:31:00