Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı təmin edib.
Boksçu oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
“Sabah”ın baş məşqçisi: Son ötürmələr dəqiq olmurdu
Albert Riera: “Sabah”la cavab görüşünə arxayın çıxmayacağıq
UEFA Avropa Liqası: "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub