Kasım-Jomart Tokayev: Qazaxıstan Azərbaycan ilə Ermənistan arasında danışıqlar platformasını yenidən təklif etməyə hazırdır
Astana, 15 oktyabr, AZƏRTAC
Qazaxıstan tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına dair danışıqlar üçün Almatı platformasını gələcəkdə də təklif etməyə hazırdır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın dövlət başçısı Vaahn Xaçaturyan ilə apardığı danışıqlar əsnasında bildirib.
Xatırladaq ki, mayın 11-də Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında danışıqlar aparılmışdı.
Bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Kasım-Jomart Tokayev bəyan etmişdi ki, Qazaxıstan sülhməramlı səylərin dönmədən dəstəklənməsi uğrunda fəaliyyət göstərir.
Prezident Tokayev vurğulayıb: “Biz Bakı ilə İrəvan arasında sülh danışıqları üçün öz platformamızı istənilən vaxt təqdim etməyə hazırıq”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
İtaliya üzərindən hava trafiki rekord həddə çatıb
İsveçin kosmetik klinikalarında ciddi pozuntular aşkar edilib
Avropada ƏDV fırıldaqçılığı: 520 milyon avroluq aktivlərə həbs qoyulub
Xəzər dənizində aşkar edilmiş ölü suitilərin sayı mini ötüb
Fransa-İsrail matçı zamanı təhlükəsizliyi 4 min polis qoruyacaq