Cənubi Koreya yolların partladılmasına xəbərdarlıq atəşi ilə cavab verib
Bakı, 15 oktyabr, AZƏRTAC
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikasının iki ölkəni birləşdirən yolların öz ərazisindən keçən hissəsini partlatmasına cavab olaraq qarşı istiqamətə xəbərdarlıq atəşi açıblar.
AZƏRTAC xəbər verir ki, “Yonhap” agentliyi bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinə istinadla məlumat yayıb.
Seulun məlumatına görə, Şimali və Cənubi Koreyanı birləşdirən yolların partladılması nəticəsində Silahlı Qüvvələrə heç bir zərər dəyməyib.
Seul bir müddət öncə Pxenyanın yarımadanın şərqində və qərbində Koreya Respublikasına gedən yolları partlatdığını, həmçinin ağır texnikanın iştirakı ilə əlavə fəaliyyətlərlə məşğul olduğunu bildirib.
2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub
Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq
Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib