Bu gün Pakistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü işinə başlayır
İslamabad, Hilal Əhməd, 15 oktyabr, AZƏRTAC
Bu gün Pakistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü işinə başlayır.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzularda müzakirə aparacaqlar.
Şanxay Əməkdaşlıq Təşkilatının Hökumət Başçıları Şurasının 23-cü iclasına şuranın hazırkı sədri kimi Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif sədrlik edəcək. ŞƏT-in iclasında Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusun Baş nazirləri təmsil olunacaqlar. Sammitdə İranın Birinci vitse-prezidenti və Hindistanın xarici işlər naziri, həmçinin müşahidəçi dövlət kimi Monqolustanın Baş naziri və Türkmənistanın xarici işlər naziri də iştirak edəcək.
Qeyd edək ki, Pakistan 2015-2017-ci illərdə müşahidəçi rolunu yerinə yetirərək 2017-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qoşulub. Sammitdə regional diplomatiyanın daha da gücləndirilməsi və üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.
Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib
İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq
Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır
İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb
İtaliyanın Baş naziri Yaxın Şərqdəki gərginlik fonunda hökumətin iclasını çağırıb