Vyetnamda dron ucbatından 76 min ev işıqsız qalıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Əkin sahələrinə pestisid səpmək üçün istifadə edilən dron Vyetnamın cənubundakı Lonqan əyalətində 76 mindən çox evin işıqsız qalmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “VnExpress” informasiya portalı məlumat yayıb.
İnsident pilotsuz təyyarənin təhlükəsiz məsafəni qoruya bilməyərək yüksəkgərginlikli xəttə ilişməsi nəticəsində qısaqapanma və əyalətin dörd rayonunda elektrik enerjisinin kəsilməsi ilə nəticələnib. Elektrik enerjisi verilişini bərpa etmək üçün beş saatdan çox vaxt sərf olunub.
Hadisədən sonra energetiklər elektrik xətlərinin yaxınlığında dronların istifadəsini məhdudlaşdıran xüsusi xəbərdarlıq lövhələri yerləşdiriblər. Qaydalara görə, təyyarə yüksəkgərginlikli xətlərdən ən azı 100 metr məsafədə uçmalıdır.
Vyetnamın cənubundakı fermerlər düyü plantasiyasına və meyvə bağlarına zərərvericilərə qarşı pestisidlər səpmək üçün dronlardan tez-tez istifadə edirlər.
Ətraf mühit və münaqişələr arasındakı əlaqəyə dair yeni yanaşma təqdim edilib - TƏDQİQAT
Avropa Komissiyası 2025-ci illə bağlı proqnozuna dəyişiklik edəcək
Diqqət niyə dağılır? - ARAŞDIRMA
Kanada bəzi ABŞ malları üçün gömrük rüsumunu ləğv edib
Britaniyalı alpinist 19-cu dəfə Everestə qalxaraq yeni rekord müəyyənləşdirib