"Azərreyl" klubunun prezidenti: Əldə olunan nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur
Bakı, 15 oktyabr, AZƏRTAC
"Azərreyl"in əldə etdiyi nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur".
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandalarının prezidenti Ramin Əzizov jurnalistlərə açıqlamasında deyib.
O, yarışın özləri üçün çətin keçdiyini bildirib: "Tarixi nəticə qazandıq. Xalqımızın dəstəyini Fransada da hiss edirdik. Klub olaraq çox xoşbəxtik. Bundan sonra da öz uğurlarımızla Azərbaycan voleyboluna töhfə vermək niyyətindəyik".
Qeyd edək ki, "Azərreyl"in qadın komandası həlledici mərhələdə Ukraynanın “Sunrise Beach Spors Academy”i, kişilərdən ibarət kollektiv isə İspaniyanın “CVP Poniente Benidorm Alicante“ klubuna qalib gəlib.
Qurban Qurbanov: Zəfər Günündə bütün Azərbaycan bizdən qələbə gözləyirdi
Avropa Liqası: “Qalatasaray” “Tottenhem”ə qalib gəlib, “Roma” Belçika klubu ilə heç-heçə edib
Avropa Liqası: "Qarabağ" əsas mərhələdə ilk qələbəsini qazanıb YENİLƏNİB-6
Avropa Liqası: “Budyo-Qlimt” və “Qarabağ”ın start heyətləri açıqlanıb