×
A
A
A
Sazlamalar

Astanada sovet və Rusiya ali məktəblərinin məzunlarının forumu keçirilib

Bakı, 14 oktyabr, AZƏRTAC

“Rossotrudniçestvo” Şimali Qafqaz Federal Universiteti ilə birlikdə Qazaxıstanda Sovet və Rusiya universitetlərinin məzunlarının - MDB ölkələrinin təhsil və səhiyyə sistemlərinin nümayəndələrinin forumunu təşkil edib.
AZƏRTAC xəbər verir ki, forumda təhsil və səhiyyə təşkilatlarının 150-dən çox rəhbər və əməkdaşı, o cümlədən Rusiya ali məktəblərinin məzunları arasından fəallar, eləcə də MDB ölkələrindən olan məzunlar assosiasiyalarının rəhbərləri və üzvləri iştirak ediblər. Forumda Rusiya Federasiyasının 20 ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
“Bu forumun Astanada keçirilməsi Rusiyanın sovet və Rusiya ali məktəblərinin məzunlarına yetirdiyi böyük diqqətə dəlalət edir. O cümlədən, bizim universitetləri bitirmiş və Rusiya ilə birlikdə MDB ölkələri arasında əlaqələri inkişaf etdirən insanlara”, - deyə “Rossotrudniçestvo”nun rəhbərinin müavini Pavel Anatolyeviç Şevtsov qeyd edib.
Forumun qonaqları təhsil və səhiyyə sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər. Dəyirmi masalar çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar, istehsalat-təhsil tərəfdaşlığının inkişafı, Rusiya ilə təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafında məzunlar assosiasiyalarının rolu müzakirə olunub.
Xarici iştirakçılar “Ali təhsil sistemində menecment” və “Səhiyyə sferasında menecment” proqramları üzrə ixtisasartırma kurslarını keçiblər.

Elm və təhsil 2024-10-14 23:45:00