Vulkan palçığının müalicə məqsədilə istifadəsinə dair tədqiqatlar aparılır
Bakı, 14 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları - Orxan Abbasov və Elnur Baloğlanovun iştirakı ilə Şamaxı, Qobustan, Abşeron, Salyan və digər rayonlarda mövcud palçıq vulkanlarında tədqiqat aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd vulkan palçığının müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və tətbiqidir.
Üç il ərzində davam edəcək araşdırmalar Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşır. İlk növbədə, Şərqi Azərbaycanın quru ərazilərindəki palçıq vulkanlarının Yerin müxtəlif dərinliklərindən səthə çıxardığı palçığın və suyun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analitik üsullarla tədqiqi nəzərdə tutulub.
Növbəti mərhələdə planlaşdırılıb ki, vulkan palçığının fərqli xəstəliklərin müalicəsində effektivliyini təsdiqləmək məqsədilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kliniki-eksperimental araşdırmalar həyata keçirilsin. Hazırda isə alimlərin topladıqları palçıq və su nümunələri Geologiya və Geofizika İnstitutunun analitik bazasında tədqiq olunur.
Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert
Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq
Bakıda Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib VİDEO
BDU ilə BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi arasında əməkdaşlıq məsələləri müzakirə edilib