Təbiət fənlərini hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası – təlim
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən “Təbiət fənlərini hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası” mövzusunda təlimlərə başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ilk təlim Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təşkilatının təlimçiləri Şəhanə İsgəndərova və Gülçin Şıxməmmədova tərəfindən keçirilib.
Kimya və biologiya, habelə Fizika fakültələrinin professor-müəllim heyəti üçün nəzərdə tutulan təlimlər 12 gün davam edəcək.
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib
ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib
“Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə növbəti görüş təşkil olunub
“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib