Britaniya İrana qarşı yeni sanksiya paketi elan edib
London, 14 oktyabr, AZƏRTAC
Böyük Britaniya bu gün İranın yüksəkrütbəli hərbi şəxsləri və təşkilatlarına qarşı yeni sanksiya paketini elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikası ordusunun baş komandanı və İranın Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əbdülrəhim Musəvi, İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahedi, SEPAH sözçüsü Əli-Məhəmməd Naini, SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemi və daha üç şəxs sanksiyalara məruz qalıb. Onların Britaniyaya səyahətləri qadağa olunub və aktivləri dondurulub.
Bundan əlavə, iki quruma da sanksiya tətbiq edilib. Ballistik raketlərin hazırlanmasında istifadə edilə bilən kosmik daşıyıcı texnologiyalarını inkişaf etdirən İran Kosmik Agentliyinə və kruiz raketlərində istifadə oluna bilən mühərrik texnologiyalarını layihələndirən və istehsal edən Farzaneqan Hərəkət Sistemləri Dizayn Bürosu adlı quruma sanksiya tətbiq edilib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir
Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib
Sercio Mattarella: Çindən daha çox investisiyaya ehtiyacımız var
Britaniya müdafiə xərclərini artıracaq
Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik