×
A
A
A
Sazlamalar

Gürcüstan müxalifəti ölkədə saxta inqilab ssenarisi hazırlayır

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Gürcüstan müxalifəti ölkədə saxta inqilab cəhdinə hazırlaşır. Bunun üçün ssenari hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Girçi” partiyasının lideri Yaqo Xviçiya bildirib.
“Onlar insanlara guya inqilab təşkil etdiklərini göstərəcəklər və bütün cəmiyyəti ayağa qaldırmağa çalışacaqlar. Sonra isə iqtidarın buna imkan vermədiyini əsas gətirərək xalqı məyus edəcəklər. Amma hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası buna imkan verməyəcək və bu kimi cəhdlərin qarşısını alacaq” - deyə, Y.Xviçiya vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-10-14 18:13:00