×
A
A
A
Sazlamalar

Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi yaradıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, ərazidə nişanlanma işləri tamamlanıb, sürücülər rahat parklama imkanı əldə ediblər.
Qeyd edək ki, yenidənqurma və təmir işləri həyata keçirilən bütün küçələrdə nəqliyyat şəraiti təhlil edilir, qısa müddət ərzində yeni layihələr hazırlanaraq reallaşdırılır.

İqtisadiyyat 2024-10-14 17:40:00