Naxçıvanda əhalinin banklardakı əmanətlərinin məbləği artıb
Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 256 milyon 974 min 100 manat məbləğində kredit verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kreditlərin 21 milyon 970 min 900 manatı və yaxud 8,5 faizi qısamüddətli, 235 milyon 3 min 200 manatı və yaxud 91,5 faizi isə uzunmüddətli olub. Həmçinin Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 39,2 faiz artaraq, 2024-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 21 milyon 840 min 700 manat təşkil edib. Əmanətlərin 94,6 faizi milli, 5,4 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 37,0 faiz artıb.
Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub
Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb
Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub
Ağdərə və Xocalının kəndlərində sürətli tikinti-bərpa işləri görülür
Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub