Qazaxıstan 2026-cı ildə “Gələcəyin Oyunları”na ev sahibliyi edəcək
Astana, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan rəsmi olaraq ənənəvi idman və e-idman növlərini birləşdirən unikal turnir – “Phygital Games of the Future 2026” (“Gələcəyin Oyunları-2026”) yarışlarına ev sahibliyi edəcək ölkə seçilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu turnirə ev sahibliyi etmək hüququ uğrunda Qazaxıstan, Peru və Çili mübarizə aparıb.
Yarışlarda iştirakçılar fiziki və rəqəmsal formatları birləşdirən idman növləri üzrə medallar uğrunda mübarizə aparacaqlar.
“Gələcəyin Oyunları”nın Qazaxıstanda keçirilməsi təşəbbüsü 2024-cü ildə Kazanda keçirilən ilk oyunların açılış mərasimində Prezident Kasım-Jomart Tokayev tərəfindən irəli sürülüb.
Növbəti turnir 2025-ci ildə BƏƏ-də, 2026-cı ildə isə Astanada keçiriləcək.
Bundan əvvəl “Figital İnternational”ın nümayəndələri şəhərin turnirə ev sahibliyi etməyə hazırlığını qiymətləndirmək üçün Astanaya səfər ediblər. Qazaxıstan Elektron İdman Federasiyası artıq “Gələcəyin Oyunları”na hazırlıq işlərinə başlayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir
Conatan Pauel Britaniyanın yeni milli təhlükəsizlik müşaviri təyin edilib
Sercio Mattarella: Çindən daha çox investisiyaya ehtiyacımız var
Britaniya müdafiə xərclərini artıracaq
Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik