×
A
A
A
Sazlamalar

Media: Ukraynanı qarşıda çətin qış gözləyir

Bakı, 14 oktyabr, AZƏRTAC

Qərb silahlarının ləng tədarükü, cəbhə xəttində şəxsi heyət və texnika çatışmazlığı, habelə ərazi itkisinin davam etməsi fonunda Ukraynanı çətin qış gözləyir, bu vəziyyət bütün ölkədə elektrik enerjisinin kəsilməsi ilə daha da ağırlaşa bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazır. Qeyd olunur ki, Ukraynanın enerji infrastrukturuna hücumlar hava hücumundan müdafiə vasitələrini həddən artıq yükləyir və elektrik enerjisinin kəsilməsinə gətirib çıxarır. Bu vəziyyət qışda daha da pisləşə bilər. Bundan başqa, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində silah-sursat, zirehli texnika, artilleriya və şəxsi heyət çatışmazlığı yaşayır.
Bu ilin iyununda Ukraynanın energetika naziri German Qaluşenko bildirmişdi ki, ölkə elektrik enerjisi istehsalı gücünün yarısını itirib, idxal olunan elektrik enerjisi isə yaranmış kəsiri ödəməyə kifayət etmir.

Dünya 2024-10-14 12:35:00