×
A
A
A
Sazlamalar

Gürcüstanda ard-arda iki zəlzələ baş verib

Tbilisi, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Gürcüstanda ard-arda iki dəfə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Tianetinin Bindauri kəndində olub. Zəlzələnin gücü 3,9 bal təşkil edib. Təkrar təkanlar saat 05:03-də Vajas Tskaro kurort ərazisində qeydə alınıb. İkinci təkanlar 3,8 bal gücündə olub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-10-14 12:16:00