Qazaxıstanın Talqar şəhərində təhlükəsizliyi təmin etmək üçün Milli Qvardiya cəlb edilib
Astana, 14 oktyabr, AZƏRTAC
Almatı vilayətinin Talqar şəhərində ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Qazaxıstan Daxili İşlər Nazirliyinin Milli Qvardiyasının şəxsi heyəti post-patrul xidmətinə cəlb edilib.
AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, oktyabrın 4-də Talqarda bir qrup gənc arasında dava baş verib. Münaqişə nəticəsində 16 yaşlı Şerzat Bolat bıçaq yarası alaraq həlak olub, daha iki nəfər ağır bədən xəsarəti alıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən yeddi nəfəri saxlayıb.
Oktyabrın 12-də Enbekşiqazax rayonunun Azat kəndində Talqarda həlak olan yeniyetmə Şerzat Bolatın ailəsinə məxsus ev yanıb.
Fövqəladə Hallar Nazirliyi yanğın zamanı xəsarət alanların olmadığını bildirib. Polis əmlakın qəsdən məhv edilməsi faktı ilə bağlı cinayət işi açıb.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, Şerzat Bolatın ailəsi xüsusi mühafizə edilib. İş Qazaxıstan Respublikasının baş prokurorunun nəzarətinə götürülüb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib
Ukraynaya qaz alışı üçün 410 milyon avro ayrılır
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb