×
A
A
A
Sazlamalar

“Şimal” Azərbaycan Kubokuna qələbə ilə başlayıb

Siyəzən, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

“Şimal” komandası futbol üzrə Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən şəhərində keçirilən kubok qarşılaşmasında II Liqada mübarizə aparan “Şimal”(Xaçmaz) və “Qusar”(Qusar) komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Adını II təsnifat mərhələsində yazdıran Xaçmaz təmsilçisi “MOİK”in rəqibi olub.

İdman 2024-10-13 16:41:00