“Sağlam həyat” səyyar layihəsi Gəncədə
Gəncə, 13 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncədə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sağlam həyat" səyyar layihəsi həyata keçirilir.
Nazirliyin əməkdaşı Əliniyaz Mirzəyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, “Sağlam həyat” avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr şəhərin Heydər Əliyev adına meydanında qurulub.
İdman həvəskarları, xüsusilə uşaqlar və gənclər layihəyə qoşularaq əyləncəli vaxt keçirirlər. Onlar müxtəlif idman növlərində - qaçış, voleybol, basketbol, stolüstü tennis, şahmat, badminton, velosiped, boks avadanlıqlarında öz qüvvələrini sınayırlar.
Göstərdikləri nəticələrə görə ilkin olaraq 400-ə yaxın idmansevərə sertifikatlar təqdim olunub.
Layihə oktyabrın sonunadək Naftalan şəhəri, Goranboy, Daşkəsən, Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarında da həyata keçiriləcək. Növbəti aylarda isə "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə istiqamət alacaq.
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
Cəlilabadda meşə ərazisinə keçən yanğın məhdudlaşdırılıb YENİLƏNİB-2 FOTO VİDEO
Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub