Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq
Bakı, 13 oktyabr AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan səfər edəcək və bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransa qatılacaq.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Daşkənddə baş tutacaq bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bəyan edib.
Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində çıxış edəcək. Forum plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək.
Allahşükür Paşazadənin səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.
Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti AZƏRTAC-da olub
Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib
Əlilliyi olan şəxslərin COP tədbirlərində daha geniş təmsil olunmasına dair müzakirələr aparılıb
Əmanətlərin Sığortalanması Fondunda Zəfər Günü münasibətilə tədbir keçirilib