İğdırda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq
Ankara, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ,həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü də qeyd edəcəklər.
Tədbir Azərbaycanla Dil, Tarix, Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Cəmiyyəti (“İğdır Azərbaycan Evi”) tərəfindən təşkil olunacaq.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupunun çıxışı nəzərdə tutulub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Sumqayıt şəhərindən nümayəndə heyəti Avstriyanın Lints şəhərindədir
Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb
Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb
MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib