İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik
Bakı, 13 oktyabr, AZƏRTAC
Ermənistanın prezidenti Vahaqn Xaçaturyan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.
Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur. Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: "Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayır, Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".
YAP-ın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib VİDEO
Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə olunub YENİLƏNİB
Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi ciddi zərurətə çevrilib ŞƏRH
Kişineuda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub VİDEO