Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib
Kiyev, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-nə keçən gecə Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri məhv etməyib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Həmin gecə Rusiya ordusu Kursk vilayətindən və Krımdan iki “İsgəndər-M” ballistik raketi, Kursk vilayətinin hava məkanından isə Çerniqov və Sumı rayonlarında iki ədəd “X-59” idarə olunan aviasiya raketi ilə Poltava və Odessa vilayətlərinə hücum edib. Rusiya tərəfi, həmçinin 68 pilotsuz uçan aparatı buraxıb. Məlumata görə, HHM qüvvələri Kiyev, Poltava, Çerniqov, Sumı və Çerkassı vilayətlərində 31 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib
Londonda 50 mindən çox insanın qatıldığı marafondan - FOTOLAR VİDEO
Qrenlandiyada “spiral kampaniyası”nın qurbanları öz hüquqları uğrunda mübarizəni davam etdirirlər
ABŞ-da pandaların yaşadığı yeganə zooparkdan FOTOREPORTAJ VİDEO
İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb