Azərbaycan karateçisi dünya çempionatı bürünc medal qazanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 9-13-də İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında 13-cü dünya çempionatı keçirilib.
Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın son günü Azərbaycan karateçisi Gülay Orucova bürünc mükafat uğrunda mübarizə aparıb.
Əlli doqquz kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Xatırladaq ki, karateçimizin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.
Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb
"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
“Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub
İtaliya A Seriyası: "Milan" qalib gəlib, "İnter" öz meydanında uduzub