ABŞ dərinlik nasoslarının sayını artırıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu həftə ABŞ-da dərinlik nasoslarının sayı 2 ədəd artıb.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədə dərinlik nasoslarının sayı əvvəlki həftə ilə müqayisədə 2 ədəd artaraq 481-ə çatıb.
Onu da qeyd edək ki, son bir ildə isə ABŞ-da dərinlik nasoslarının sayı 20 ədəd azalmışdı.
Ötən həftə ərzində neftin qiymətində müşahidə edilən artım ABŞ-ı bu addımı atmağa vadar etdiyi güman edilir.
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib