Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib
Masallı, 12 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayonunun Sərçuvar kənd sakini Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü, ağır xəsarət alan piyadanı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırsa da, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO
“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb
Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb