Avroliqa: Azərbaycan millisinin basketbolçusunun oynadığı komanda qalib gəlib
Bakı, 12 oktyabr, AZƏRTAC
Basketbol üzrə Avroliqada II tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın "Olimpiakos" komandası doğma meydanda Litva təmsilçisi "Zalgiris Kaunas"a qalib gəlib - 74:68.
İspaniya nəhəngi "Barselona" Almaniyanın "Alba Berlin" kollektivdən (88:73) üstün olub.
Azərbaycan millisinin legioner basketbolçusu Zaq Ledayın çıxış etdiyi "Olimpia Milano" (İtaliya) isə evdə Fransa "Paris"ini üstələyib - 79:74.
Akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb
Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalı inventarla təmin edilib
UEFA “Zirə”nin legionerini cəzalandırıb
Norveç klubunun futbolçusu: İnanıram ki, “Qarabağ”la oyunda azakeşlər bizi tək qoymayacaqlar